Erməni generalın ailəsinə məxsus 1,2 milyardlıq əmlak müsadirə olundu - SİYAHI

Erməni generalın ailəsinə məxsus 1,2 milyardlıq əmlak müsadirə olundu - SİYAHI
DÜNYA
11:17 21.10.2025
175
Ermənistan Respublikasının Baş Prokurorluğu keçmiş deputat Manvel Qriqoryanın varisləri və onunla əlaqəli şəxslərdən 1,2 milyard dramdan artıq dəyərdə əmlak və pul vəsaitinin müsadirə ediləcəyini açıqlayıb.

2022-ci il iyunun 28-də Baş Prokurorluq keçmiş deputatın ailə üzvləri və yaxınları barəsində qanunsuz yolla əldə edilmiş əmlakın müsadirəsi ilə bağlı məhkəməyə müraciət edib.

2025-ci il oktyabrın 10-da isə Ermənistanın Antikorrupsiya Məhkəməsi prokurorluğun iddiasını qismən təmin edib.

Məhkəmənin qərarı qüvvəyə mindikdən sonra Manvel Qriqoryanın varislərindən və onunla əlaqəli şəxslərdən dövlət xeyrinə aşağıdakı aktivlər müsadirə olunacaq:

▪️Armavir vilayətinin Vaqarşapat icmasında, Maştots küçəsində yerləşən torpaq sahəsi;
▪️Vaqarşapat icmasında, Alaverdyan küçəsindəki yaşayış evi;
▪️Armavir vilayətinin Arşaluis icmasında tikintisi yarımçıq qalmış ev;
▪️Vaqarşapat icmasında, Vazgen Sarkisyan küçəsində yerləşən ev;
▪️Vaqarşapat icmasının Andranik məhəlləsindəki ev;
▪️Vaqarşapatın Çarents 1-ci məhəlləsindəki ev;
▪️Vaqarşapatın A. Manukyan məhəlləsində tikintisi başa çatmamış ev;
▪️Armavir vilayətinin Arşaluis icmasında, 17-ci küçədəki torpaq sahəsi;
▪️Kotayk vilayətinin Razdan şəhərində, Zoravar Andranik prospektində ictimai tikinti üçün ayrılmış torpaq sahəsi;
▪️MAYBACH markalı avtomobil;
▪️TOYOTA LC 200 4.0 markalı avtomobil;
▪️GAZ 22, GAZ 24, GAZ 24-02 və MOSKVICH 407 markalı avtomobillər;
▪️Vino-konyak zavoduna verilmiş 254 milyon dramlıq kredit tələbi hüququ;
▪️Açıq səhmdar cəmiyyətinə verilmiş 33 milyon dramlıq kredit tələbi hüququ;
▪️İki bankda saxlanılan 9 min ABŞ dolları həcmində depozit;
▪️Açıq səhmdar cəmiyyətinə verilmiş 14 milyon 592 min dramlıq kredit tələbi hüququ;
▪️Eçmiədzində "Qriqor Lusavoriç” Universitetinə verilmiş 4 milyon 777 min dramlıq kredit tələbi hüququ;
▪️MMC-də 15,9456% pay;
▪️Banklarda 14 milyon 715 min dram və 300 dollar depozit;
▪️224 min dram qanuni gəlirlə əsaslandırılmayan xərclər;
▪️14 milyon 654 min dram qanunsuz mənşəli vəsait qalıqları.

Ermənistan Baş Prokurorluğu iddianın təmin olunmayan hissəsi ilə bağlı apeliyasiya şikayəti verəcək.
 
\Musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: “Mən olmasaydım, İsrail yerlə-yeksan olardı”
15:47 19.06.2026
Tramp: “Mən olmasaydım, İsrail yerlə-yeksan olardı”
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
15:19 19.06.2026
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
15:10 19.06.2026
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
15:03 19.06.2026
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
14:59 19.06.2026
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
14:44 19.06.2026
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
14:33 19.06.2026
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
14:21 19.06.2026
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
14:19 19.06.2026
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
14:15 19.06.2026
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
14:09 19.06.2026
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
13:53 19.06.2026
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
13:38 19.06.2026
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
13:37 19.06.2026
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
13:34 19.06.2026
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
13:28 19.06.2026
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim