Azərbaycan tarixində təəssüf doğuracaq kifayət qədər hadisələr var.
AZXEBER.COM-un məlumatına görə, onlardan biri də Azərbaycan şairi və dövlət xadimi Qasım bəy Zakirin başına gələnlərdir.
Qarabağda öz fitnə-fəsadları ilə ad çıxarmış Cəfərquluxan Nəva, Şuşa qazisi Mirzə Əbülqasim, yerli çar hakimi Konstantin Tarxan-Mouravovonun qəddar düşmənləri idilər.
Zakirin satirik tənqidinə hədəf olmuş bu adamlar şairi dövlət yanında etibardan salıb tutdurmaq üçün müəyyən bəhanə axtarır, uyğun məqam gözləyirdilər. Nəhayət, belə bir bəhanə tapıldı: K. Tarxan-Mouravov Zakiri hökumətdən qaçaq düşmüş qardaşı oğlu Behbudbəy Cavanşiri evində saxladığına görə günahlandıraraq təqib etməyə başladı. 1849-cu ilin oktyabr ayında o, böyük bir atlı-yaraqlı dəstə ilə Zakirin yaşadığı Xındırıstan kəndinə hücum etdi. Şair bu dəstənin Behbudbəyi axtarmaq üçün gəldiyini güman edirdi. Ona görə oğlu Nəcəfqulubəylə qardaşı oğlu İskəndərbəyi həmin dəstəni qarşılamağa göndərdi.
LakinTarxan-Mouravovonları öz düşüncəsi ilə qarşıladı: onları Behbudbəyə köməkçi olmaqla ittihamlandırıb hər ikisini həbs etdi və Şuşa qalasındakı həbsxanaya göndərdi. Həmin gün Zakirin özünü də həbs edib Şuşa həbsxanasına gətirdilər.
Şairin ailəsi isə Şuşada qaldı.
Məhz bundan sonra Zakirə qarşı nifrətinin sonu olmayan Tarxanov bu böyük azərbaycanlı şəxsiyyətindən yaddan çıxmayacaq intiqam alır.
Zakirin həbsdə olan ailəsi ilə bağlı alçaldıcı plan həyata keçirilir.
Zakirin arvadını məcbur edərək rus mujikinə ərə verirlər.
Milliyyəti erməni olan Şuşa komendantı Tarxanov bütün ermənilərin sadiq olduğu xisləti yaşadaraq tariximizdə qara ləkə kimi yerini tuta bilir.
Qorxmaz Altay
AZXEBER.COM