Erməni snayperi əsgərimizi vurdu

Erməni snayperi əsgərimizi vurdu
Bütün Xəbərlər
11:23 08.09.2012
2191
Müdafiə nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan məlumata görə, iyul ayının 13-də Naxçıvandakı N saylı hərbi hissədə qulluq edən 1993-cü il təvəllüdlü əsgər Cəfərov Rəbbi Elsevər oğlu düşmən snayperindən açılan atəş nəticəsində başından ağır yaralanıb. O, Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına yerləşdirilib. Aparılan intensiv müalicəyə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb və o, dünən saat 21.20-də şəhid olub.
OXŞAR XƏBƏRLƏR