Erməni xakerlər Ziya Məmmədovun oğlunun şirkətini 'vurdular'

Erməni xakerlər Ziya Məmmədovun oğlunun şirkətini
Bütün Xəbərlər
11:57 03.10.2012
2269
Azərbaycanın iri holdinqlərin sayılan ZQAN Holdinqin internet səhifəsi erməni xaker qrupu tərəfindən hücuma məruz qalıb. Erməni xakerlər saytı sındıraraq əsas səhifəsində "Contact Us" düyməsi əvəzində "Armenian Cyber Army - CAC" yazısı yerləşdiriblər.Bu barədə holdinqdən məlumat verilib.Xaker hücumu holdinqin tam yeni saytının yaranması prosesi ərəfəsinə düşüb və bununla əlaqədar olaraq holdinq köhnə saytının bərpası əvəzinə yeni internet səhifəsini istifadəyə verəcəyini qərarlaşdırıb."Sentyabr ayının sonlarından etibarən ZQAN holdinqin rəsmi internet səhifəsi erməni xaker qrupunun hücumuna məruz qaldığına görə saytın fəaliyyətini dayandırmışıq. Xaker hücumu yeni saytımızın hazırlanması prosesi ilə eyni vaxta düşdüyü üçün, bərpa işləri aparılmır və holdinq tam yeni internet səhifəsini bu ilin sonlarında istifadəyə verməyi planlaşdırıb. Qeyd edim ki, yeni sayt daha yüksək təhlükəsizlik proqramları ilə qorunacaq və bu cür halların qarşısı alınacaqdır" - deyə holdinqin İT mütəxəssisi bildirib.Qeyd edək ki, ZQAN Holdinqin yeni internet səhifəsinin təqdimatı bu ilin sonlarına təsadüf edəcək.Holdinq inşaat məhsullarının istehsalı, bank işi, sığorta, telekommunikasiya, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, nəqliyyat və yükdaşıma, eləcə də daşınmaz əmlak və onun idarə edilməsi kimi sahələrdə fəaliyyət göstərən şirkətlərə rəhbərlik edir.
OXŞAR XƏBƏRLƏR