Sabirabad rayonunun Əlicanlı kənd sakini Xəlilov Elgün Sakit oğlu Rusiya Federasiyasının Vladimir şəhərində qətlə yetirilib. Gün.Az-ın Aran bürosunun müxbirinin məlumatına görə, E.Xəlilov aldığı bıçaq zərbələrindən yerindəcə dünyasını dəyişib.Ermənilər həmin zaman onun yanında olan dostunu da bıçaqlayıblar. Hazırda yaralının vəziyyəti ağırdır.Qeyd edək ki, Elgün Xəlilovun meyiti dünən günorta saatlarında ata yurduna gətirilib. Mərhumun atası Sakit Xəlilovun sözlərinə görə, cinayətin törədilmə səbəbi ilə bağlı heç bir məlumat verilməyib. /// gun.az