“Ermənilər Şuşada yaxınlaşıb rica ediblər ki, onları da işə cəlb edək” - Prezident

“Ermənilər Şuşada yaxınlaşıb rica ediblər ki, onları da işə cəlb edək” - Prezident
SİYASƏT
16:56 28.09.2021
2138

"Biz müharibə bitər-bitməz vaxt itirmədən dərhal hərəkətə keçdik və bu, dövlətimizin gücünü göstərdi. Çünki bu işləri görmək üçün təkcə pul kifayət etməz. Çünki resurs olmalıdır, kadrlar olmalıdır, heyətlər olmalıdır, texniki imkanlar olmalıdır, səriştə olmalıdır”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, biz bütün gücləri səfərbər etdik: "Bu və digər məsələləri, məsələn, elektriklə bağlı olan məsələləri bu ilin sonuna qədər bitirəcəyik. Yəni, bütün bölgə elektriklə tam təmin ediləcək. Bildiyiniz kimi, yolların inşası da davam edir və sair.

Təbii, biz bunu, ilk növbədə, öz vətəndaşlarımız üçün edirik ki, bu bölgəni yenidən quraq və keçmiş məcburi köçkünlər tezliklə oraya qayıda bilsinlər. Artıq birinci belə pilot kənd layihəsi yəqin ki, bu ilin sonuna, ya gələn ilin əvvəlinə Zəngilan rayonunda hazır olacaqdır. Eyni zamanda, Ermənistan əhalisi də, Qarabağda yaşayan ermənilər də bunu görürlər. Çünki bizim televiziyalara baxırlar, bizim radioya qulaq asırlar və görürlər ki, burada nə kimi işlər görülür. Təsadüfi deyil ki, erməni xalqının nümayəndələri artıq bir neçə dəfə bizim Şuşadakı hərbi mövqelərimizə yaxınlaşıb rica etmişdilər ki, onları da bu işlərə cəlb edək. Çünki onlar orada işsiz–gücsüz qalıblar, işsizlik, səfalət və ümidsiz bir vəziyyətdədirlər. Biz buna müsbət baxırıq, ancaq gərək bunun hüquqi tərəfi tam yerinə otursun. Çünki mən demişəm, bir daha demək istəyirəm ki, biz orada yaşayan erməniləri öz vətəndaşlarımız sayırıq. Onlar Azərbaycan torpağında yaşayırlar, Qarabağ hər zaman Azərbaycan olub - istər sovet dönəmində, istər ondan əvvəlki dönəmdə, işğal dönəmində də Azərbaycan olub. Onları biz Azərbaycan vətəndaşları hesab edirik, sadəcə olaraq, onlar bunu qəbul etməlidirlər, onlar öz yaxalarını erməni təbliğatından qurtarmalıdırlar, onlar öz gələcəyini, öz uşaqlarının gələcəyini təmin etməlidirlər. Biz hazır olarıq ki, onları işlərə cəlb edək. Niyə də etməyək?”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
20:55 09.10.2026
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
Cibində nadir quşları təyyarədə keçirmək istədi - Saxlanıldı
20:50 09.10.2026
Cibində nadir quşları təyyarədə keçirmək istədi - Saxlanıldı
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb
20:47 09.10.2026
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb
Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi
20:40 09.10.2026
Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi
Şəkidə avtoqəza olub, sürücü ölüb
20:36 09.10.2026
Şəkidə avtoqəza olub, sürücü ölüb
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
20:31 09.10.2026
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
İstanbulda çökmüş bina ilə bağlı maraqlı fakt - Foto
20:27 09.10.2026
İstanbulda çökmüş bina ilə bağlı maraqlı fakt - Foto
Vinçenzo Montella Türkiyə millisindən qovuldu
20:21 09.10.2026
Vinçenzo Montella Türkiyə millisindən qovuldu
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
20:16 09.10.2026
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib
20:10 09.10.2026
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib
Masazırda “Mercedes Vito” yanıb
20:04 09.10.2026
Masazırda “Mercedes Vito” yanıb
Gələn həftə Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti müvəqqəti tənzimlənəcək
20:03 09.10.2026
Gələn həftə Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti müvəqqəti tənzimlənəcək
AZAL-ın Moskva istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıldı
19:58 09.10.2026
AZAL-ın Moskva istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıldı
Mirzoyan Hakan Fidanla telefon danışığı apardı
19:56 09.10.2026
Mirzoyan Hakan Fidanla telefon danışığı apardı
Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ
19:48 09.10.2026
Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ
Peskov: Putin Uitkoff və Kuşneri görməkdən həmişə məmnundur
19:37 09.10.2026
Peskov: Putin Uitkoff və Kuşneri görməkdən həmişə məmnundur