Ermənilər tariximizi mənimsəməkdə davam edir

Ermənilər tariximizi mənimsəməkdə davam edir
Bütün Xəbərlər
00:19 14.09.2011
1917

Ermənilər tarixi Azərbaycan torpaqlarının maddi-arxeoloji irsini talayaraq aşkar etdikləri tapıntıları öz adlarına çıxmaqda davam edirlər. Bədnam qonşularımız bu dəfə tarixi Azərbaycan torpağı olan Vayots-Dzor vilayəti – keçmiş Əzizbəyov rayonu və yaxud Azərbaycanın Bala İstisu mahalında (indiki Cermuk) apardıqları arxeoloji qazıntılar nəticəsində yaşı 5900 ilə çatan həsirdən hörülmüş qadın donu aşkar ediblər. Ermənistan elmlər akademiyasının arxeologiya və etnoqrafiya institutunun direktoru Pavel Avetisyan arxeoloji tapıntının eramızdan əvvəl XXXIX əsrə aid olduğunu bildirib. “Hələ ki, donun dövrümüzədək gəlib çatmış bir hissəsi aşkar edilib. Bu al-əlvan rəngli gözəl parçadan hazırlanmış dondur. Artıq tapıntının bir hissəsini torpaqdan təmizləməyə müvəffəq olmuşuq. Ancaq əsaslı işlərə başlamaq üçün Avropadan olan mütəxəsisləri gözləyəcəyik”, - deyə Avetisyan bildirib. Xatırladaq ki, bu, ermənilərin tarixi Azərbaycan torpaqlarında arxeoloji qazıntılar apararaq aşkar etdikləri tapıntıları öz adlarına çıxmaları ilə bağlı ilk fakt deyil. Hələ 2008-ci ildə qədim donun tapıldığı indiki mağarada yaşı 5500 ilə çatan dəri qadın ayaqqabısı aşkarlanmışdı.

OXŞAR XƏBƏRLƏR