Ermənilərə xeyli silah satan ölkənin adı məlum oldu

Ermənilərə xeyli silah satan ölkənin adı məlum oldu
MARAQLI
10:48 05.10.2011
2273

Moldovanın "Omega" informasiya agentliyinə Ermənistana gizli silah satışını təsdiq edən sənədlərin surəti daxil olub. Bu sənədləri təqdim edən Moldova İqtisadiyyat Nazirliyindəki mənbənin "Omega" agentliyinə verdiyi məlumata görə, müqavilədə göstərilən məbləğlə satılmış silahların bazar dəyəri arasındakı fərq ən azı 5 milyon dollar təşkil edir.

Məlum olub ki, Ermənistana gizli satılan sılah-sursat arasında Moldova Milli Ordusunun ixtiyarında olan ən bahalı silah növləri daxildir. Söhbət “Kobra” raketlərinin 9B862, 9B863 tipli nəzarət-yoxlama kompleksləri, habelə “Konkurs-M” tank əleyhinə raket komplekslərinə aid 9B871-3 qurğusundan gedir. Onların hər birinin bazar qiyməti 60 min dollardan çoxdur. Eyni zamanda Ermənistana satılan silahlar arasında minlərlə “Faqot”, “Konkurs”, “Şturm” və “Metis” tipli raketlər olub. Təkcə bu raketlərinin bazar qiyməti 5 milyon dollardan çoxdur. Xatırladaq ki, bir həftə öncə Moldovanın Ermənistanla gizli silah sövdələşməsinin üstü açılıb. Ölkənin müdafiə naziri Vitaliy Marinusa yerli parlamentdə dinləmələr zamanı silah alveri faktını təsdiq edib. Silahların iri yük təyyarəsi ilə Kişinyovdan İrəvana çatdırıldığı iddia edilir. Moldova hökuməti bəyan edib ki, hərbi texnika satışından xəbəri olmayıb. Amma hərbçilər bildirib ki, hökumətin təlimatı ilə hərəkət ediblər. Moldovanın hakim dairələrində ehtiyat edirlər ki, bu qalmaqal Moldova-Azərbaycan və GUAM çərçivəsindəki əməkdaşlığa əngəl ola bilər. Bu səbəbdən Moldova prezidentinin səlahiyyətlərini icra edən Marian Lupu imzaladığı fərmanla ölkə Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Yuri Dominici tutduğu vəzifədən azad edib. Öz növbəsində rəsmi Bakı məsələyə sərt reaksiya verib. Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, Ermənistana hücum silahı satan dövlətlər böyük səhv buraxıblar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Marafonda FACİƏ: gənc qız finişə bir az qalmış öldü
03:13 05.11.2026
Marafonda FACİƏ: gənc qız finişə bir az qalmış öldü
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
02:59 05.11.2026
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
02:50 05.11.2026
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
İran bu ölkələri bombalamaqla hədələdi
02:43 05.11.2026
İran bu ölkələri bombalamaqla hədələdi
Banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı
02:33 05.11.2026
Banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı
Bu ölkədə on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib
02:23 05.11.2026
Bu ölkədə on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib
Rusiyada Azərbaycandan geri qaytarılmış məhsulun satışdan çıxarılması ilə bağlı tədbirlər görülür
02:13 05.11.2026
Rusiyada Azərbaycandan geri qaytarılmış məhsulun satışdan çıxarılması ilə bağlı tədbirlər görülür
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
02:03 05.11.2026
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub
01:57 05.11.2026
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
01:53 05.11.2026
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
Tutduğu balıq onu milyonçu etdi
01:43 05.11.2026
Tutduğu balıq onu milyonçu etdi
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
01:33 05.11.2026
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını 254 şəxs və qurumla genişləndirib
01:23 05.11.2026
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını 254 şəxs və qurumla genişləndirib
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
01:16 05.11.2026
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
01:06 05.11.2026
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
Vens: "Məğlubiyyətimizin səbəbi İranla müharibədir"
00:59 05.11.2026
Vens: "Məğlubiyyətimizin səbəbi İranla müharibədir"