Ermənilərin bu qədər vəhşiləşməsinə səbəb nədir?

KÖŞƏ
14:36 24.07.2020
1831
Hacıbəy Heydərli, 
AZXEBER.COM saytının baş redaktoru
 
Son günlər dünyanın müxtəlif ölkələrində ermənilər həmyerlilərimizə qarşı planlı şəkildə hücumlar edirlər. ABŞ-da, Belçikada, Moldovada erməni vandallarının etdiklərini hər kəs görüb. Öncədən təşkilatlanan bu şəxslər ASALA terror təşkilatının köynəyini geyərək, şəhid generalımızı, bayrağımızı təhqir edirlər. Sivil şəkildə etiraz edən azərbaycanlılara isə daşla, buzlu "butulka” ilə hücum ediblər. 

Bəs ermənilərin bu qədər vəhşiləşməsinə səbəb nədir?

İlk növbədə deməliyəm ki, Cənab Prezidentin "Biz birlikdə güclüyük” şüarı hər bir azərbaycanlı üçün yol xəritəsinə çevrilib. Düşməni vahiməyə salan da məhz budur. Çünki Azərbaycan xalqı vahid şəkildə birləşib. Dünyanın bir çox ölkəsində diasporamızın, gənclərimizin, vətənpərvər həmyerlilərimizin keçirdiyi aksiyalar, Bakıda minlərlə insanın Ordumuza dəstək yürüşü, ABŞ Konqresində erməni işğalını tanıyan sənədin qəbulu düşməni vahiməyə salıb. Bundan başqa qardaş Türkiyənin Azərbaycana hərtərəfli dəstəyi, Ukrayna, İtaliya, Pakistan kimi böyük ölkələrin yanımızda olması erməni diplomatiyasının süqutudur. Şoumen Paşinyanın yalanların fonunda Azərbaycanın bu uğurları erməni xalqını daha da hiddətləndirib və bu səbəbdən hər cür çirkin əmələ əl atırlar.

Brüsseldə təkləyib, döydükləri qardaşımızın "bu kişilikdən deyil” sözləri ermənilərə ən gözəl cavabdır. Ermənilərdən "kişilik” gözləməyə də dəyməz, tarix boyunca özlərini məzlum göstərən bu varlıqlar son günlər libasını dəyişiblər.

Artıq bütün dünya erməni vandalizminin şahidi olur, bu şəxslər Ermənistanl tərk etsələr də, ermənistan onları tərk etməyib. Avropanın siyasi paytaxtında vəhşilik edənlərə ən gözəl cavabı isə bu ölkənin hüquq mühafizə orqanları verməlidirlər.

Xaricdə yaşayan həmyerlilərimiz isə bu günlərdə maksimum səbrli və təmkinli olmalıdırlar. Haqlı ikən haqsız duruma düşməməliyik. Bizim ən böyük zəfərimiz, ən böyük qələbəmiz Qarabağda, cəbhədə olan qələbə olacaq. 

Son olaraq isə bu günlərdə birlik göstərən bütün həmyerlilərimizə təşəkkür edirəm. Bu günlər möhtəşəm idiniz. İnşAllah ən yaxın zamanda böyük qələbəmizi sizinlə birlikdə qeyd edək. Enerjimizi və gücümüzü Qarabağın işğaldan azad ediləcəyi günə saxlayaq, o zaman qarşımıza çıxan erməni də tapmayacağıq.


OXŞAR XƏBƏRLƏR