AZXEBER.COM news.am-a istinadən xəbər verir ki, bu gün saat 17.00 radələrində Azərbaycan Silahlı Qüvvələri cəbhənin bütün istiqamətlərində Ermənistanla və Dağlıq Qarabağla cəbhə boyu geniş miqyaslı snayper atəşinə tutub.
Ermənistan Müdafiə Nazirliyin Mətbuat Xidmətinin yaydığı məlumatlara görə, Tavuş rayon istiqamətində atışma nəticəsində 2 erməni hərbçi yaralanıb. Bunlar Genrix Rafikoviç Xaçatryan və Хаçatur Qrantoviç Sukisyandır.
Qarabağ istiqamətində isə zabit Yuriy Aramoviç Sarkisyan ölüb. Məsələ ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi heç bir məlumat verməyib.