"Ermənistan yekun sülhə də "Dəmir yumruq" ilə məcbur edilməlidir" - Deputat

"Ermənistan yekun sülhə də "Dəmir yumruq" ilə məcbur edilməlidir" - Deputat
SİYASƏT
12:38 15.10.2021
1589
"Dünən axşam saatlarında, sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin növbəti terror aktı nəticəsində hərbi qulluqçumuzun həlak olması hamımızı üzdü. Allahdan şəhidimizə rəhmət, ailəsinə isə baş sağlığı diləyirik".   
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
 
O bildirib ki, "dəmir yumruq" yerindədir və Ermənistan hər an sülhə məcbur edə bilər:

"Törədilən terror aktı göstərir ki, İrəvan məcburiyyətdən başqa yol tanımır. Yəni görünür ki, Ermənistan kapitulyasiya aktı imzalayaraq münaqişəyə son qoymağa vadar edildiyi kimi, yekun sülhə də "Dəmir yumruq" ilə məcbur edilməlidir. Bölgədə sülh və əməkdaşlıq naminə təşəbbüslərin gündəmə gəldiyi bir vaxta terror törədənə başqa münasibət sərgilənə bilməz. Ona görə də ya həmin dəstələr könüllü təslim olmalı, ya da  antiterror əməliyyatının keçirilməsi, xalqların birgəyaşayış perspektivini, bölgədə sülh və sabitliyi təhdid edən bu qanunsuz silahlı dəstələrin yerindəcə məhv edilməsi, yaxud, bir an öncə tərkisilah edərək hər bir terrorçunun Azərbaycan qanunvericiliyinin uyğun olaraq məsuliyyətə cəlb edilməsi zəruridir".  
 
Deputat deyib ki, bölgədə sülh və əməkdaşlıqdan başqa bir seçim yoxdur:
  
Dünən Müdafiə nazirliyinin özünün yaydığı məlumatda da qeyd edilirdi ki, bu terrorçuları Ermənistan dəstəkləyir. Ona görə də bu dəstəyin də önünü almaq üçün yekun sülh müqaviləsinə qədər heç bir Ermənistan vətəndaşı Xankəndi başda olmaqla, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə buraxılmamalıdır. Ermənistan əgər dalandan qurtulmaq, Azərbaycanın tanıdığı şansdan yararlanmaq istəyirsə bu proseslərdə özü maraqlı olmalı, ortaya iradə qoymalıdır. Bölgədə sülh və əməkdaşlıqdan başqa bir seçim yoxdur və olmayacaq da.  
 
Nə Ermənistan nə havadarları unutmamalıdır ki, onları cəmi 44 günə həm cəbhədə, həm diplomatik mücadilədə yerlə yeksan edən  həmin müzəffər Ali Baş komandan, həmin Dəmir yumruq və əvvəlkindən daha güclü, əvvəlkindən daha hazırlıqlı və təcrübəli həmin ordu yerindədir, xalq isə həmişəkindən daha artıq formada öz Ali baş Komandanının arxasındadır
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Marafonda FACİƏ: gənc qız finişə bir az qalmış öldü
03:13 05.11.2026
Marafonda FACİƏ: gənc qız finişə bir az qalmış öldü
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
02:59 05.11.2026
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
02:50 05.11.2026
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
İran bu ölkələri bombalamaqla hədələdi
02:43 05.11.2026
İran bu ölkələri bombalamaqla hədələdi
Banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı
02:33 05.11.2026
Banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı
Bu ölkədə on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib
02:23 05.11.2026
Bu ölkədə on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib
Rusiyada Azərbaycandan geri qaytarılmış məhsulun satışdan çıxarılması ilə bağlı tədbirlər görülür
02:13 05.11.2026
Rusiyada Azərbaycandan geri qaytarılmış məhsulun satışdan çıxarılması ilə bağlı tədbirlər görülür
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
02:03 05.11.2026
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub
01:57 05.11.2026
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
01:53 05.11.2026
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
Tutduğu balıq onu milyonçu etdi
01:43 05.11.2026
Tutduğu balıq onu milyonçu etdi
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
01:33 05.11.2026
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını 254 şəxs və qurumla genişləndirib
01:23 05.11.2026
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını 254 şəxs və qurumla genişləndirib
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
01:16 05.11.2026
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
01:06 05.11.2026
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
Vens: "Məğlubiyyətimizin səbəbi İranla müharibədir"
00:59 05.11.2026
Vens: "Məğlubiyyətimizin səbəbi İranla müharibədir"