Ermənistanın İrandakı səfiri Qriqor Akopyan İran parlamentinin Ermənistanla dostluq qrupunun rəhbəri Ara Şahverdyan və qrupun üzvləri ilə görüşüb.
AZXEBER.COM modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfirliyi məlumat verib.
Görüşdə Ermənistan və İranın qanunverici orqanları arasında əməkdaşlıq məsələləri, eləcə də fəaliyyət göstərən dostluq qrupları arasında əlaqələrin intensivləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunub.
Qriqor Akopyan iranlı deputatlara iki ölkə arasında münasibətlərdə baş verən son hadisələr barədə məlumat verib. Səfir qarşılıqlı hörmət və etimad şəraitində əlaqələrin daha da dərinləşdirilməsinə hazır olduqlarını vurğulayıb.
Görüş zamanı regionda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması məsələsi də müzakirə edilib.
Bu kontekstdə Ermənistanın səfiri həmsöhbətlərinə TRIPP marşrutu ilə bağlı əldə olunmuş son razılaşmalar və əsas prinsiplər barədə məlumat verib.
Qeyd edək ki, görüşdə İran parlamentinin Ermənistanla dostluq qrupunun rəhbəri Ara Şahverdyanla yanaşı, Geqard Mansuryan, Seyid Məhəmməd Səadət Ebrahimi və Seyid Məhəmməd Cəmalian da iştirak ediblər.











































