Ermənistan tərəfi girovluqda olan azərbaycanlı mülki şəxsi Telman Cavanşir oğlu Əliyevi Azərbaycana təhvil verib.
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov Trend-ə deyib ki, təhvilvermə prosesi noyabrın 30-da günorta saatlarında Ermənistan-Azərbaycan sərhədində baş tutub.
Xatırladaq ki, Azərbaycanın Qazax rayonunun Alpoud kənd sakini Telman Əliyev (1971-ci il təvəllüdlü) noyabrın 12-də azaraq Ermənistan-Azərbaycan sərhədini keçmişdi.