Ermənistana vaxt verildi: 'Martın 19-dək vaxtınız var'

MƏDƏNİYYƏT
00:50 25.02.2012
3935
Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsində iştirak edəcək ölkələr iştirakçı seçimini yekunlaşdırır. 25 ölkə artıq öz nümayəndəsini seçib. 19 ölkə isə müsabiqədə ifa olunacaq mahnını da müəyyənləşdirib. Ermənistandan isə “Eurovision”un keçirildiyi yerin dəyişdirilməsi təklifi səslənib.Bu ilin may ayında Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirak edəcək 43 ölkədən 25-i təmsilçisini artıq müəyyənləşdirib. Bunların arasında Türkiyə, Gürcüstan, Ukrayna, Albaniya, Kipr, Danimarka, Macarıstan, İslandiya, İsrail, Latviya, Monteneqro, İsveçrə, Bosniya və Herseqovina, Xorvatiya, Makedoniya, Malta, Norveç, Almaniya və Fransa var. Sayca 57-ci “Eurovision” mahnı müsabiqəsində həmin 25 ölkədən 19-u təmsilçisi ılə yanaşı, müsabiqədə ifa edəcək mahnısını da müəyyənləşdirib.Bu arada, Ermənistandan olan 20-dən çox müğənni, o çümlədən bu ölkəni ötən yarışlarda təmsil edən iştirakçılar Siruşo, İnqa və Anuş, Eva Rivas və Emmi Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsində iştirakdan imtina barədə bəyanat veriblər. Erməni KİV-in verdiyi məlumata görə, bəyanat Ermənistanın İctimai Televiziyasına və Avropa Yayım İttifaqına ünvanlanıb. Müğənnilər Ermənistanın İctimai Televıziyasını Bakıda keçiriləcək mahnı yarışmasına təmsilçi göndərməməyə çağırırlar. Bundan başqa, onlar Avropa Yayım İttifaqı qarşısında müsabiqənin yerinin dəyişdirilməsi şərtini irəli sürür.Avropa Yayımçılar İttifaqı isə “Eurovision” yarışması ilə bağlı hər bir ölkəyə məktub göndərib. Qurumdan ANS-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən ölkələr, o cümlədən Ermənistan bu məktubu imzalayıb. Avropa Yayımçılar İttifaqı bir qrup Ermənistan müğənnisinin yarışı boykot etməsi barədə təşəbbüslərinə də münasibət bildirib.“Eurovision” Administrasiyasının rəsmisi Yarmo Siim bildirib ki, Ermənistan Avropa və Ermənistan Yayımçılar İttifaqlarının martın 19-da keçiriləcək iclasına qədər öz mahnısını təsdiqləməsə, müsabiqədə iştirak etməyəcək: “Bu tarixdən əvvəl Ermənistan müğənnilərinin bəyanatı daxil olmaqla nə baş verirsə, bu, Ermənistanın daxili işidir. Biz inanırıq ki, onlar martın 19-dək mahnılarını təsdiqləyəcəklər”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb