Ermənistanda bina çökdü, 11 nəfər xəsarət aldı - FOTO

DÜNYA
18:02 25.10.2012
1560
Ermənistanın paytaxtı İrəvanda tikilməkdə olan bina uçub.
AZXEBER.COM-un Ermənistan mətbuatına istinadla verdiyi məlumata görə, hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Dağıntılar altından 8 nəfər çıxarılıb. Qalanlar isə özləri xilas ola biliblər. Onlardan 4-nün vəziyyəti ağırdır. Binanın çökməsinin əsl səbəbi ekspertizadan sonra məlum olacaq.

OXŞAR XƏBƏRLƏR