Ermənistanda koronavirusa yoluxanların sayı 10 mini ötdü

Ermənistanda koronavirusa yoluxanların sayı 10 mini ötdü
DÜNYA
12:43 03.06.2020
633

Ermənistanda koronavirusa yoluxanların sayı 10 524 nəfərə çatıb.

AZXEBER.COM-un ÜST-ə istinadən məlumatına görə, son sutka ərzində 515 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 12 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 170 nəfər koronavirusdan ölüb, 6 900 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

OXŞAR XƏBƏRLƏR