Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama

Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
SİYASƏT
14:49 30.07.2026
169
İyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən yeni Nazirlər Kabinetinin formalaşdırılması ilə əlaqədar Ermənistan hökuməti avqustun 2-də istefa verəcək. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında məlumat verib.

Baş nazir xatırladıb ki, parlamentin yeni tərkibdə ilk iclasının keçirildiyi gün mövcud hökumət istefa verir. Onun sözlərinə görə, bundan sonra Ermənistan Prezidenti parlamentdə çoxluğa malik siyasi qüvvənin namizədini baş nazir vəzifəsinə təyin edəcək.

Qeyd edək ki, iyunun 7-də keçirilən parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi hakim "Vətəndaş müqaviləsi” Partiyası qalib gəlib və yeni hökuməti müstəqil şəkildə formalaşdırmaq hüququ əldə edib.

Tanınmış erməni bloger və jurnalist Natali Aleksanyan AZXEBER.COM-a açıqlamasında deyib ki, bunun əsas məqsədi seçkilərin nəticələrinə uyğun olaraq yeni hökumətin formalaşdırılmasını təmin etməkdir:

"Hökumətin parlament seçkilərindən sonra istefa verməsi ilk növbədə hüquqi və konstitusion prosedurdur. Bunun əsas məqsədi seçkilərin nəticələrinə uyğun olaraq yeni hökumətin formalaşdırılmasını təmin etməkdir. Referendum məsələsinə gəlincə, bildiyim qədərilə hökumətin istefası özlüyündə referendumun keçiriləcəyi anlamına gəlmir. Gələcəkdə bu istiqamətdə hər hansı qərar qəbul olunarsa, bu barədə Ermənistan Respublikasının Konstitusiyasına və qüvvədə olan qanunvericiliyə uyğun şəkildə rəsmi məlumat veriləcək”. 


"Hesab edirəm ki, ən vacib məqam hər bir ölkənin konstitusion proseslərinə hörmətlə yanaşmaq, eləcə də regionumuzda sülhün, sabitliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsi naminə konstruktiv dialoqun davam etdirilməsidir”,- deyə jurnalist qeyd edib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
13:30 30.07.2026
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
13:05 30.07.2026
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
13:04 30.07.2026
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
13:02 30.07.2026
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR
12:58 30.07.2026
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR
Ermənistan hökuməti istefaya gedəcək - Bu tarixdə
12:53 30.07.2026
Ermənistan hökuməti istefaya gedəcək - Bu tarixdə