Ermənistandan sığınacaq istəyən Orucovlar ailəsi İrəvandadır

Ermənistandan sığınacaq istəyən Orucovlar ailəsi İrəvandadır
Bütün Xəbərlər
17:03 05.02.2014
1497
Ermənistandan sığınacaq istəmiş azərbaycanlı Cavid Orucov və onun ailə üzvləri hazırda İrəvan şəhərindədir.

APA-nın “Azadlıq” radiosunun erməni xidmətinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən bildirilib. Təhlükəsizlik səbəbi ilə ailənin konkret harada qaldığı haqda məlumat verilmir.

Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəhbəri Qagik Yeqanyan Orucovlar ailəsinin bu struktura müraciət etdiyini təsdiqləyib və hazırda bu müraciətin araşdırıldığını vurğulayıb: “Araşdırmamızda əsas məqsəd budur ki, müraciətdə göstərilən faktların həqiqətə nə dərəcədə uyğun olduğunu və bu insanlara qarşı doğrudan da təhdid və təqib təhlükəsinin olub-olmadığını müəyyənləşdirək”.

Azərbaycanla diplomatik əlaqələri olmayan Ermənistanın bunu necə aydınlaşdıracağına dair sualı cavablandıran Q. Yeqanyan qeyd edib ki, müraciət edən digər bir çox şəxs var ki, onların ölkələri ilə də diplomatik münasibətlər yoxdur: “Bu, problem deyil. Bizim əməkdaşlarımızın istifadə etdiyi müvafiq mənbələr var və bu məsələdə BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının ofisi bizə kömək edir”.

A. Yeqanyan bəyan edib ki, Cavid Orucovun söylədiklərinin həqiqət olduğu ortaya çıxarsa, sözsüz ki, ailəyə Ermənistanda sığınacaq veriləcək.

Qeyd edək ki, Azərbaycan vətəndaşı, 37 yaşlı Cavid Orucov yanvarın 29-da həyat yoldaşı və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib. Ailə bu addımı ölkədə təqibə məruz qalması ilə əsaslandırıb. Təqiblər isə onun guya erməni əsilli Bakı sakini, 31 yaşlı Röya Mirzəyeva adlı xanımla ailə qurmasından sonra başlayıb. Orucovlar Gürcüstan ərazisindən “Baqratşen” sərhəd-buraxılış məntəqəsi vasitəsilə Ermənistana keçiblər. Ermənistan KİV-inin məlumatına görə, C. Orucovun bir qədər əvvəl Avropa ölkələrinə siyasi sığınacaq barədə müraciəti uğursuz olub.

Azərbaycan tərəfi hələlik bu məsələyə münasibət bildirməyib

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hemodializ və onun ağuşuna düşən gənc jurnalist - Mikayıl Mirzəzadə yazır
23:32 18.07.2025
Hemodializ və onun ağuşuna düşən gənc jurnalist - Mikayıl Mirzəzadə yazır
Leyla Əliyeva Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecədə iştirak edib - FOTOLAR
23:28 18.07.2025
Leyla Əliyeva Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecədə iştirak edib - FOTOLAR
KİV: ABŞ Suriyada sabitliyin yaranması üçün İsrailə təzyiq edir
23:16 18.07.2025
KİV: ABŞ Suriyada sabitliyin yaranması üçün İsrailə təzyiq edir
Tramp Aİ-nin bütün mallarına 15-20 % rüsum tələb edir
22:51 18.07.2025
Tramp Aİ-nin bütün mallarına 15-20 % rüsum tələb edir
İsrail ordusu HƏMAS komandirini məhv edib
22:38 18.07.2025
İsrail ordusu HƏMAS komandirini məhv edib
Balakəndə avtomobil yaşlı qadını vuraraq öldürdü
22:18 18.07.2025
Balakəndə avtomobil yaşlı qadını vuraraq öldürdü
KİV: Si Cinpin Putin və Trampla üçtərəfli görüş keçirməyi planlaşdırır
22:10 18.07.2025
KİV: Si Cinpin Putin və Trampla üçtərəfli görüş keçirməyi planlaşdırır
Prezident İlham Əliyev iraqlı həmkarına başsağlığı verib
22:02 18.07.2025
Prezident İlham Əliyev iraqlı həmkarına başsağlığı verib
“İsrail-Suriya gərginliyi artacaq və ümumi sabitlik pozulacaq” - Deputat
21:54 18.07.2025
“İsrail-Suriya gərginliyi artacaq və ümumi sabitlik pozulacaq” - Deputat
Ukrayna vətəndaşı Qazaxda çayda boğuldu
21:43 18.07.2025
Ukrayna vətəndaşı Qazaxda çayda boğuldu
Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi
21:30 18.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi
Maşınını xadimələrə yudurdan direktor işdən çıxarıldı
21:18 18.07.2025
Maşınını xadimələrə yudurdan direktor işdən çıxarıldı
Ermənistanda keçmiş deputat hakimiyyəti ələ keçirmək çağırışlarına görə saxlanılıb
21:06 18.07.2025
Ermənistanda keçmiş deputat hakimiyyəti ələ keçirmək çağırışlarına görə saxlanılıb
"Avropa üçlüyü" və İran arasında gələn həftə görüş baş tuta bilər
20:57 18.07.2025
"Avropa üçlüyü" və İran arasında gələn həftə görüş baş tuta bilər
Şirvan sakini sirkə turşusundan zəhərlənərək öldü
20:44 18.07.2025
Şirvan sakini sirkə turşusundan zəhərlənərək öldü
Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
20:38 18.07.2025
Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər