Ermənistanın “konyak diplomatiyası”nın əsirinə çevrilən Darya Volodinanın barbar mövqeyi

Ermənistanın “konyak diplomatiyası”nın əsirinə çevrilən Darya Volodinanın barbar mövqeyi
SİYASƏT
17:00 07.08.2020
1778
Ermənistan hakimiyyətinin, onun qulluqçularının hiyləgər siyasəti özünü Ukrayna dövləti ərazisində də göstərməyə başlayıb. Bu gün Ukraynanın dövlət və milli maraqlarına xidmət edən dövlət məmurları Ermənistanın hiyləgər siyasətinin əsirinə çevrilən bəzi işbazlar tərəfindən ləkələnməyə cəhd edilir.

AZXEBER.COM Azertac-a istinadən xəbər verir ki, bu günlərdə Ukrayna-Ermənistan parlamentlərarası dostluq qrupunun həmsədrinin müavini, hakim "Xalqın xidmətçi”si partiyasından olan deputat Darya Volodina Ukrayna Xarici İşlər nazirinin müavini, GUAM yanında Milli Əlaqələndiricisi Vasili Bodnara qarşı ittihamla çıxış edib. Onun "məntiqi” kənardan çox iyrənc və gülünc görünür. Ermənipərəst Darya Volodinanın məntiqsiz yanaşmasına görə, XİN müavini Bodnarın apreldə müvafiq qurumlara məktub göndərərək qondarma "erməni soyqırımının” tanınmaması barədə tövsiyəsi Ukraynanın xarici siyasət kursuna ziddir. Hakim partiyadan olan deputatın belə bir mövqe sərgiləməsinin arxasında Ermənistan dövlətinin "konyak diplomatiyasının” dayanması aydınca sezilir. Ancaq o bir məsələni unudur ki, V.Bodnar sadəcə Ukrayna dövlətinin rəsmi mövqeyini qurumlara çatdırıb. Necə ki, Bodnar deputatın ittihamlarına sosial şəbəkədə cavabında qondarma "erməni soyqırımı” ilə bağlı mövqeyinin Ukrayna dövlətinin rəsmi mövqe olduğunu qeyd edib. Darya Volodinanın XİN rəsmisinə qarşı qərəzli mövqeyi Ukraynanın siyasi dairələri tərəfindən də sərt tənqid edilir. Bunlardan biri AŞPA-nın vitse-prezidenti, Ukrayna Ali Radasının Xarici əlaqələr komitəsinin sədri Aleksandr Merejko cavabında Darya Volodinanın ittihamını "barbar hüquqi absurd” adlandırıb və onunla bir "Xalqın xidmətçisi” fraksiyasında təmsil olunmasından utandığını söyləyib. Bundan əlavə sosial şəbəkələrdə Darya Volodinanın Bodnara qarşı qərəzli mövqeyini kəskin şəkildə pisləyən yüzlərlə şərhlər yazılıb.

Onu da xatırlatmaq lazımdır ki, Darya Volodina bir neçə dəfə Ukrayna Ali Radasında qondarma "erməni soyqırımı”nın qəbul edilməsinə çalışıb. Sonuncu dəfə bu ilin fevral ayında Ukrayna Ali Radası onun müəllifi olduğu qondarma "erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib. Darya Volodinanın təqdim etdiyi "erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi müzakirə edilmədən geri qaytarılıb.

Əslində, Ermənistanı və onun havadarlarının qıcıqlanması başa düşüləndir, çünki Ukrayna dövləti daima onların işğalçılıq siyasətini pisləyən mövqe nümayiş etdirir. İstər Türkiyəyə qarşı qondarma "erməni soyqırımı”, istərsə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi Kiyevin mövqeyi, qəbul etdiyi bəyanatlar "konyak diplomatiya”sının Ukraynadakı xidmətçilərinin şər-böhtanla məşğul olmağa vadar edib. Ancaq bu cür "mübarizə” səmərəsizdir, çünki Ermənistanın hiyləgər, işğalçı siyasəti dünya dövlətləri tərəfindən qəbul edilib və bu, rəsmi sənədlərdə öz əksini tapıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azərbaycan cəmiyyəti həmişə olduğu kimi xarici təxribatlara uymamalıdır" - VİDEO
23:41 12.10.2026
"Azərbaycan cəmiyyəti həmişə olduğu kimi xarici təxribatlara uymamalıdır" - VİDEO
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
23:36 12.10.2026
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
23:29 12.10.2026
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
Səbuhi Abbasov ATƏT-də Ermənistana çağırış etdi: “Əsl demokratiya siyasi bəyanatlarla deyil, ədalətlə ölçülür” - VİDEO
23:25 12.10.2026
Səbuhi Abbasov ATƏT-də Ermənistana çağırış etdi: “Əsl demokratiya siyasi bəyanatlarla deyil, ədalətlə ölçülür” - VİDEO
Paytaxtın bu ərazilərində işıq olmayacaq
23:16 12.10.2026
Paytaxtın bu ərazilərində işıq olmayacaq
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
23:07 12.10.2026
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
Bəxtsizlik seriyası sona çatacaq: yaxın günlərdə şanslı olacaq BÜRCLƏR
22:59 12.10.2026
Bəxtsizlik seriyası sona çatacaq: yaxın günlərdə şanslı olacaq BÜRCLƏR
Qazaxıstan Səudiyyə Ərəbistanındakı vətəndaşlarına xəbərdarlıq edib
22:50 12.10.2026
Qazaxıstan Səudiyyə Ərəbistanındakı vətəndaşlarına xəbərdarlıq edib
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya keçirilib
22:43 12.10.2026
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya keçirilib
Toydan sonra mübahisə qanla bitdi - 30 yaşlı kişi bıçaqlandı
22:33 12.10.2026
Toydan sonra mübahisə qanla bitdi - 30 yaşlı kişi bıçaqlandı
İsrailin şimalında baş verən partlayışda yaralananlardan biri ölüb
22:25 12.10.2026
İsrailin şimalında baş verən partlayışda yaralananlardan biri ölüb
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib
22:20 12.10.2026
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib
Ərdoğan: Məkkə sazişi yaxın günlərdə Türkiyə parlamentinə təqdim ediləcək
22:09 12.10.2026
Ərdoğan: Məkkə sazişi yaxın günlərdə Türkiyə parlamentinə təqdim ediləcək
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
21:56 12.10.2026
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
Gürcüstan Çin - Qırğızıstan - Özbəkistan marşrutunda iştirakda maraqlıdır
21:46 12.10.2026
Gürcüstan Çin - Qırğızıstan - Özbəkistan marşrutunda iştirakda maraqlıdır
Almaniya kansleri Avropanın Rusiyadan dizel yanacağı almayacağına söz verdi
21:36 12.10.2026
Almaniya kansleri Avropanın Rusiyadan dizel yanacağı almayacağına söz verdi