Əsad:"Rejimə qarşı çıxanları əzəcəyik"

Əsad:"Rejimə qarşı çıxanları əzəcəyik"
Bütün Xəbərlər
15:56 20.11.2011
1614
Suriya prezidenti Bəşşar Əsad rejimə qarşı çıxan müxalifləri əzmək üçün sərt tədbirlər görəcəklərini deyib.
İngiltərədə çap olunan "Sunday Times" qəzetinin bu günki sayında yer alan müsahibəsində Bəşşar Əsad ölkəsinin boyun əyməyəcəyini və bütün təzyiqlərə müqavimət göstərəcəyini qeyd edib. 
Rejimə qarşı çıxanların hər gün suriyalıları qətl etdiklərini deyən Əsad tökülən qanlar üçün kədərləndiyini və bunun günahkarı olan müxaliflərin yox olması ilə aradan qaldırılacağını bildirib.
Suriyada səkkiz aydan çoxdur davam edən nümayişlərdə 800 polis həyatını itirib. BMT - nin məlumatına görə, rejim əleyhinə nümayişlərdə 3500-dən çox adam ölüb.
OXŞAR XƏBƏRLƏR