"Eşref Rüya" final edir - FOTO

"Eşref Rüya" final edir - FOTO
MAQAZİN
19:59 10.06.2026
206
Türkiyədə böyük izləyici auditoriyasına sahib olan "Eşref Rüya" serialı ekranlara vida etməyə hazırlaşır.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş rollarını Çağatay Ulusoy və Demet Özdemirin canlandırdığı ekran işi sabah yayımlanacaq son bölümü ilə final edəcək.

Serialın rəsmi sosial media səhifəsində Demet Özdemirin canlandırdığı "Nisa Tek" obrazına həsr olunmuş xüsusi afişa paylaşılıb. Həmin paylaşım qısa müddətdə izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə səbəb olub.

Final qərarı serialın pərəstişkarlarını kədərləndirsə də, yayımlanan poster və son bölümə dair paylaşımlar tamaşaçıların marağını daha da artırıb.

Sosial şəbəkə istifadəçiləri serialın finalı ilə bağlı fikirlərini bölüşərək sevilən layihənin ekranlarla vidalaşmasına münasibət bildiriblər.
OXŞAR XƏBƏRLƏR