Etirazçılarla polis arasında qarşıdurma oldu

Etirazçılarla polis arasında qarşıdurma oldu
DÜNYA
01:43 25.10.2026
212
Belçika polisi Brüsseldə təhsil sistemində daha yaxşı şərait tələb edən etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Şənbə günü keçirilən etiraz aksiyalarında əksəriyyəti gənclərdən ibarət bir neçə yüz nəfər iştirak edib. Nümayiş son aylarda baş tutan etirazların davamı idi. İştirakçılar təhsil üçün daha çox maliyyələşdirmə tələb edir və polisi həddindən artıq güc tətbiqində ittiham edirlər.

"Reuters"in məlumatına görə, toqquşmalardan birində etirazçılar onları təqib edən polisdən qaçmağa çalışıb, bəziləri yerə yıxılıb. Polis yerə yıxılmış gənci təpikləyərək döyüb.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR