İrlandiyanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçiləri - "Jedward" qrupunun əkiz qardaşları Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə görüşüb. Təmsilçimizə uğurlar arzulayan qardaşlar Bakıdan iki dovşan da alıb. Qardaşlar dovşanları Eurovision Mahnı Müsabiqəsinin şərəfinə "Euro" və "Vision" adlandırıb. Qeyd edək ki, İrlandiyanı 57-ci Eurovision Mahnı Müsabiqəsində təmsil edən əkiz qardaşlardan ibarət "Jedward" qrupu milli seçimlərdə 5 namizəd arasından seçilib. Qrup "Bakı Kristal zalı"nın səhnəsində "Waterline" mahnısı ilə çıxış edəcək. "Jedward" pop-dueti Con Qrayms (John Paul Henry Richard Grimes) və Edvard Qrayms (Edward Peter Anthony Kevin Grimes) qardaşlarından ibarətdir. Bu əkiz qardaşlar 1991-ci il oktyabrın 16-da Dublində anadan olubl Duet ilk dəfə "Jedward" adıyla 2009-cu ildə Böyük Britaniyanın "The X Factor" musiqi yarışmasında 6-cı yeri qazanıb. 2011-ci ildə İrlandiyanı Eurovision Mahnı Müsabiqəsində təmsil edərək 8-ci olub. Bu zamana kimi 2 musiqi albomları işıq üzü görüb.