'Euronews' Azərbaycana daha çox vaxt ayıracaq

MEDİA
10:37 03.10.2012
1462
“Euronews” Azərbaycanla bağlı reportajların sayını artırmağı planlaşdırır.
AZXEBER.COM-un verdiyi xəbərə görə, bu barədə “Euronews” telekanalının rəhbəri Maykl Piters online konfransda deyib.
“Bizim İTV kimi tərəfdaşımız var və ümid edirik ki, gələcəkdə Azərbaycan mövzusu reportajlarımızda daha çox yer alacaq. Biz Azərbaycan mövzusunu işıqlandırmaq üçün bizdən asılı olan hər şeyi edəcəyik. Əməkdaşlığımız zamanla daha da möhkəmlənəcək”.
OXŞAR XƏBƏRLƏR