‘Eurovision 2012’-nin mahnılar toplusundan ibarət disklərin satış tarixi bilindi

‘Eurovision 2012’-nin mahnılar toplusundan ibarət disklərin satış tarixi bilindi
MƏDƏNİYYƏT
10:15 01.03.2012
2451

"Eurovision 2012"-nin mahnılarından ibarət disklər may ayının əvvəlindən satışda olacaq.

Trend-in çərşənbə günü müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, bu ilin mayında Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsində təmsil olunacaq 43 ölkənin şoudakı mahnılarından ibarət iki hissəli diskləri artıq sifariş etmək mümkündür.

Bu disklər pulsuz çatdırılır. İki hissəli disklər mayın əvvəlindən satışa çıxacaq. Disklərin qiyməti isə 19,95 Avro təşkil edir.

OXŞAR XƏBƏRLƏR