'Eurovision' bizə nələri öyrətdi? - KÖŞƏ

MƏDƏNİYYƏT
15:13 26.05.2012
1972

Fərəh Sabirqızı

“Eurovision”dan nələri öyrəndik?

Siz Bakıda küçələrin belə enli, geniş və səliqəli olduğunu bilirdiz? Bunu görürdünüz? Mən görə bilmirdim. Yalnız “Eurovision” sayəsində kəşf etdim ki, Bakının mərkəzi küçələri kifayət qədər enli, geniş imiş. Onlardan biri də qonşuluğumuzdakı 28 may küçəsidir. İndi bu küçədən yanaşı 3 avtomobil rahatlıqla keçə bilir. Əvvəllər isə küçənin hər iki kənarı maşınlarla dolu olduğundan yalnız piyadaların maneəsiz keçməsinə imkan vardı. “Eurovision”un köməyilə bunu da aşkarladım ki, sən demə, iş yerimdən evə 15 dəqiqəyə gedib çata bilərəmmiş. Adətən, avtobusla bu yolu qət etmək azı 50 dəqiqə çəkir. Özü də saatın fərqi yoxdur – istər gündüz, istər axşam. Mahnı müsabiqəsi bizə onu göstərdi ki, Bakını təmiz saxlamaq da olarmış. Həm bulvar, həm də ətraf küçələr gündə bir neçə dəfə təmizlənir, sakinlər də istər-istəməz təmizlik qaydalarına əməl edirlər, zibili yerə yox, qutulara atırlar. Avtobuslar harda gəldi saxlamadığına görə sərnişinlər də dayanacağa gedirlər. “Eurovision”dan həm də onu öyrəndim ki, Azərbaycan polisi çox nəzakətli imiş. Nəsə soruşmaq istəyəndə, daha onların zəhmli üzləri ilə qarşılaşmırsan. Eləcə də, yol polisi sürücülərdən maşınları qadağan olan yerdə saxlamamağı bağıraraq əmr etmir, xahiş edir. Bakıda havanın tozlu olmasına səbəb olan tikintilər də dayandırılıb. İndi şəhərdə sinədolusu nəfəs almaq mümkündür. Bir sözlə, bütün qurumlar məhz qanunlarda göstərildiyi kimi, işləyir, hər təşkilat öz işini görür. Bakı əsl yaşamalı şəhər olub. Təəssüf ki, bu idilliya yalnız Bakının mərkəzində hökm sürür. Bir qədər kənar prospektlərə çıxan kimi… Yenə də tıxaclar, yenə də sərnişinlərin bir-birinə və sürücüyə qarşı dözümsüzlüyü. “Eurovision” onu göstərdi ki, biz sivil ölkənin sivil vətəndaşı, məmuru, polisi, sürücüsü ola bilirik. İstəyəndə...mənbə: "Baku Post" qəzeti

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir