'Eurovision' finalına gedəcək şəxslər üçün qaydalar
MƏDƏNİYYƏT
15:23 26.05.2012
2036
Mayın 26-da Bakıda “Eurovision-2012” müsabiqəsinin finalına tamaşa etmək üçün “Kristal Zal”a gedəcək şəxslər aşağıdakı qaydaları nəzərə almalıdırlar. 1. Konsertə gələnlər bilet alan zaman istifadə etdikləri şəxsiyyət vəsiqəsini və ya digər sənədi özləri ilə gətirməlidirlər. 2. Konsertə gələnlər biletləri finalın sonuna qədər özlərində saxlamalıdırlar. 3. Konsert zamanı peşəkar video və fotokameralardan istifadə etmək qadağandır. 4. Partlayıcı qabiliyyəti olan əşyaların, aerozolların, həmçinin 100 ml-dan artıq su tutumlu əşyaların gətirilməsi qəti qadağandır.