RTS televiziyasının əməkdaşı Tanya Şıkıç (Tanja Šikić) "Buta Palace"da keçirilən müsabiqənin rəmzi Açar Təqdimetmə mərasimindən növbəti reportajını qonaq olduğu proqramda təqdim edib. Studiyada təəssüratlarını bölüşən televiziya əməkdaşı paytaxt Bakının müsabiqəyə hazırlıqlarından söhbət açıb. O, İçərişəhərin, Qız Qalasının, ümumilikdə paytaxtımızın yaddaşlara həkk olunduğunu deyib.Verilişdə Serbiyanın Azərbaycandakı səfiri Zoran Vajoviçlə də telefon bağlantısı qurulub. Cənab səfir ölkədəki hazırlıqlar barədə danışıb.Azərbaycanın tanıtım videoçarxları üçün keçirilən ilk kastinqlər, Bakıda yaradılacaq Eurovision muzeyi, şounun keçiriləcəyi “Bakı Kristal Zalı” barədə isə “Moldova1” televiziyasının hazırladığı növbəti geniş reportajda danışılır.Azərbaycandakı təəssüratlarından çıxış edən jurnalistlər may ayında Bakıda fərqli bir Eurovision şousuna şahid olacaqlarını əminliklə deyir.Bakıdakı Eurovision şousunun müsabiqənin 57 illik tarixindəki digər şoulardan həm də milli çalarların zənginliyi ilə seçiləcəyini deyən moldovalı həmkarımız may ayında bütün turistlərin qonaqpərvər Azərbaycanda xoş günlər keçirəcəyini bildirir.