'Eurovision' könüllülərinə xoş xəbər

MƏDƏNİYYƏT
12:25 06.07.2012
2620
Bakı şəhərində faəliyyət göstərən ali təhsil müəssisələrindən 1000 nəfərə yaxın tələbə xüsusi bacarıqları ilə fərqlənərək şəhərimizdə keçirilmiş “Eurovision - 2012” 57- ci mahnı müsabiqəsinin könüllüləri qrupunda təmsil olunmaq üçün seçilmişdilər. “Eurovision-2012” Mahnı Müsabiqəsində işləyəcək şəxslərin seçimi ilə Gənclər və İdman Nazirliyi məşğul olmuşdur. Könülllər 4 aparıcı təşkilatın- Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, “İRƏLİ” İctimai Birliyinin, Gənclər Təşkilatlarının Milli Şurasının və Kreativ Gənclər Birliyinin xətti ilə, eləcə də sərbəst şəkildə edilmiş müraciətlər əsasında müsabiqəyə qatılmışdılar. Müraciət edənlər Nazirlikdə yaradılmış komissiya tərəfindən müsabiqələrdən keçdikdən sonra xüsusi təlimlərə qatılmışlar. Müsabiqəyə könüllü olmaq üçün 3000 nəfərdən çox şəxs müraciət etmiş və ilkin mərhələdə yalnız 750 nəfər könüllü olmaq üçün seçilmişdir. Qeyd etmək yerinə düşər ki, müraciət edən şəxslər çox ciddi şəkildə yoxlanılmış və bal sisteminə əsasən qruplara bölnmüşdülər ki, bu da gələcəkdə tələb olunan işlərə uyğun könüllülərin cəlb edilməsində böyük rol oynamışdır. 600 nəfər isə rezerv kadr kimi saxlanmış və sonradan 300 nəfərə yaxın könüllü də müsabiqədə işləmək üçün cəlb edilmişdir. Beləliklə Nazirlik tərəfindən 1000 nəfərə yaxın könüllü bu yarışmada könüllü qismində çalışmışlar. Könüllü qismində ali təhsil müəssislərinin tələbələri ilə yanaşı, müxtəlif müəssisələrdə, şirkətlərdə çalışan şəxslər də qatılmışlar. 

OXŞAR XƏBƏRLƏR