''Eurovision' Mahnı Müsabiqəsində hamı Bakının gözəlliyindən zövq alacaq' - VİDEO
MƏDƏNİYYƏT
11:20 05.05.2012
2840
Bakıdakı Eurovision Mahnı Müsabiqəsində hər kəs musiqi ilə yanaşı, şəhərin gözəlliyindən və qonaqpərvərliyindən də zövq alacaq. Eurovision.az saytına müsahibəsində Euronews telekanalının mədəniyyət layihələrindən tanıdığımız əməkdaşı Volfqanq Spindler belə deyib. AZXEBER.COM adıçəkilən sayta istinadən müsabiqə ərəfəsində Bakıda olan Euronews əməkdaşının təəssüratlarını təqdim edir.