'Eurovision'a görə bu yollar bağlanacaq – SİYAHI

MƏDƏNİYYƏT
12:00 14.05.2012
3916
“Eurovision 2012″ mahnı müsabiqəsi ilə əlaqədar Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq küçə və prospektlərin siyahısı açıqlanıb.Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, mayın 19-dan 28-dək, yəni “Eurovision 2012″ mahnı müsabiqəsi ərəfəsində avtomobillər Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Bayıl istiqamətinə buraxılmayacaq. Avtomobillər kənarkeçmə yolu istiqaməti ilə Bakıya daxil ola biləcəklər.Əliyev bildirib ki, həmçinin “20-ci Sahədən” Bayıl istiqamətinə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Həmin ərazidə avtomobillərin hərəkəti “20-ci sahə” dairəsindən Badamdar qəsəbəsinə istiqamətləndiriləcək.Bundan əlavə, Bayıl qəsəbəsindən Neftçilər prospektinə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Burada avtomobillər Bayıl qəsəbəsindən Xanlar küçəsinə, oradan isə “Dağüstü Park” yolu ilə Parlament prospekti istiqamətinə yönəldiləcək.Daha sonra Bülbül və Azadlıq prospektləri ilə Nizami küçəsinin kəsişmələrindən Neftçilər prospektinə doğru avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.Eyni zamanda Niyazi küçəsindən Neftçilər prospektinə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, burada avtomobillərin hərəkəti Niyazi küçəsindən sola İstiqlaliyyət küçəsinə yönəldiləcək.İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsindən Əziz Əliyev küçəsinə doğru avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.Eyni zamanda Yusif Səfərov küçəsindən 28 May küçəsinə, Yusif Səfərov, Afiyəddin Cəlilov küçəsinin kəsişmələrindən Üzeyir Hacıbəyov küçəsinə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsinə nəqliyyatın hərəkəti Təbriz küçəsinə yönəldiləcək.Əliyev deyib ki, “Eurovision 2012″ müsabiqəsində tədbir iştirakçılarının daşınması üçün paytaxtda 5 məntəqə yaradılıb. Səməd Vurğun parkının yanında, Azadlıq meydanında, Muzey Mərkəzinin yanında, Azneft meydanında, “Dalğa Plaza”nın yanında yaradılan məntəqələrdə avtobuslar tədbir iştirakçılarını daşıyacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
18:00 17.09.2025
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
17:52 17.09.2025
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:45 17.09.2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
17:36 17.09.2025
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
17:27 17.09.2025
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
16:59 17.09.2025
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
16:52 17.09.2025
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
16:43 17.09.2025
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
"Survivor" Ayşe ərə gedir - VİDEO
16:35 17.09.2025
"Survivor" Ayşe ərə gedir - VİDEO
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
16:23 17.09.2025
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
16:16 17.09.2025
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
16:07 17.09.2025
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
16:06 17.09.2025
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
16:04 17.09.2025
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
15:59 17.09.2025
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq
15:58 17.09.2025
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq