'Eurovision'un açılış şousu hazırdır

MƏDƏNİYYƏT
00:59 02.05.2012
2315
Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision 2012" mahnı müsabiqəsinə hazırlıqlar davam edir. Hazırda "Eurovision 2012" şousunun keçiriləcəyi "Bakı Kristal Zalı"nda səhnə tərtibatı işləri tamamlanmaqdadır
AZXEBER.COM-un müsabiqənin rəsmi saytına istinadən məlumatına görə, may ayının 13-dən "Bakı Kristal Zalı"nda "Eurovision 2012"-nin iştirakçı ölkələrinin təmsilçilərinin məşqləri başlayacaq. Səhnə dizaynı, işıq effektləri, "Green Room"u ilə fərqlənəcək Bakıdakı "Eurovision" mahnı müsabiqəsi həm də açılış şousu və interval aktları ilə bütün Avropa izləyicilərinin böyük marağına səbəb olacaq. Artıq açılış şousu və interval aktlarının (ölkələrin çıxışından sonra səsvermə zamanı efirə yayımlanan şou) ssenarisi hazırdır. Yerli və xarici mütəxəssislərin cəlb olunduğu bu şoularda çıxış edəcək müğənnilər və qrupların məşqləri başlayıb. Məşqlər Bakının bir neçə məkanında - "Buta Palace", Heydər Əliyev adına İdman-Konsert Kompleksi və digər konsert saraylarında aparılır.Ənənəyə uyğun olaraq, "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edən ölkə açılış və interval aktlarında adətən milli mədəniyyətini əks etdirən şoular təqdim edir. Bu baxımdan Bakı şousunda da tamaşaçılara Azərbaycanın zəngin musiqisi, mədəniyyəti ilə fərqli, milli adətlərlə müasirliyin sintezindən yaranan açılış və interval aktları təqdim olunacaq."Eurovision 2012"-nin yarımfinalları və finallarındakı açılış və interval aktları səhnə tərtibatı, ssenarisi və bu şouda çıxış edəcək müğənniləri ilə yadda qalacaq. "Eurovision" mahnı müsabiqəsinin mayın 26-da keçiriləcək final mərhələsinin açılış və interval şousunda muğam ustadı Alim Qasımov, müğənni-bəstəkar Emin, "Natiq" Ritm Qrupu, Azərbaycan Dövlət Rəqs Ansamblı, xarici rəqs qrupları, eləcə də digər məşhur yerli və xarici müğənnilərin performansları, yarımfinalların interval aktlarında isə ötən "Eurovision" mahnı müsabiqəsindən tanıdığımız məşhur müğənnilərin çıxışları, "Eurovision" starlarından ibarət qrupun, eləcə də məşhur DJ-lərin şousu təqdim ediləcək.Xatırladaq ki, "Eurovision" mahnı müsabiqəsinin yarımfinallarının əsas məşqləri mayın 21, 23-də, yarımfinallar mayın 22-si və 24-də, final mərhələsinin əsas məşqi mayın 25-də, müsabiqənin finalı isə mayın 26-da olacaq.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir