AZXEBER.COM-un Xezerxeber.az-a istinadən xəbərinə görə, kadrlar gecə saatlarında paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində, çoxmərtəbəli binanın 3-cü mərtəbəsində mənzillərdən birində qeydə alınıb.
Həmin anları isə üzbəüz binada yaşayanlar çəkiblər. Əşyalara zərər vuran şəxs daha sonra, mənzili yandırıb. Məlumata görə, o paltarları qaz plitəsinin üzərinə yığıb və yanğın başlayıb. Alov daha geniş miqayas aldığı üçün sakinlər məznillərini tərk ediblər.
Məlumata görə, yanğın nəticəsində mənzilə ciddi ziyan dəyib, alovun digər mənzillərə keçmə təhlükəsi yaranıb.
Sakinlər onu da əlavə etdilər ki, həmin şəxs daha sonra eyvana çıxıb və huşunu itirib. ona ilkin tibbi yardım göstərilib və daha sonra təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. İlkin yardım edildikdən sonra polis 47 yaşlı şəxsi bu hadisəni törətməkdə şübhəli bildiyi üçün saxlayıb.
Araşdırmalarla onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi məlum olub. Onun xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilməsi təmin olunub.











































