Azərbaycan prezidentinin dünən imzaladığı əfv sərəncamı 10 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.
AZXEBER.COM-un xəbərinə görə, Əvəz Zeynallı artıq azadlıqdadır.
Əvəz Zeynallı jurnalistlərə açıqlamasında bütün əfv olunanları təbrik edib, digər həbsdə olanlara da azadlıq arzuladığını deyib.
Əfv sərəncamı 6 saylı Cəzaçəkmə Müəssisəsində də icra olunub
Bu müəssisədən isə 10 məhkum azadlığa çıxıb. Sərəncamın icrası jurnalistlərin iştirakı ilə həyata keçirilib.

