Əvəz Zeynallı həbsdə qaldı

Əvəz Zeynallı həbsdə qaldı
Bütün Xəbərlər
18:33 03.11.2011
1281

Noyabrın 3-də Bakı Apellyasiya Məhkəməsi Nəsimi Rayon Məhkəməsinin “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində qərarlarından şikayətlərə baxıb. Vəkil Elçin Sadıqov “Media forum” saytına bildirib ki, həbs qətimkan tədbirindən şikayətin baxıldığı prosesə hakim Qazi Məmmədov, baş redaktorun evində və “Xural”ın ofisində axtarışlardan şikayətin baxıldığı prosesə isə hakim Əmir Bayramov sədrlik edib.

Elçin Sadıqovun sözlərinə görə, prosesdə qeyd edib ki, Əvəz Zeynallı haqqında həbs qətimkan tədbiri seçilməsinə heç bir əsas yoxdur: “Həbs qətimkan tədbirinin ləğvini istədik. Məhkəmə isə aşağı instansiyanın qərarını qüvvədə saxladı”.

Digər şikayətlər də təmin olunmayıb.

Əvəz Zeynallı oktyabrın 28-də həbs edilib. Respublika Prokurorluğunun rəsmi məlumatına görə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları cinayət işi ilə əlaqədar Əvəz Zeynallının evində, avtomobilində, “Xural”ın ofisində axtarışlar apararaq bəzi əşyaları götürüblər.

Nəsimi Rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

OXŞAR XƏBƏRLƏR