Bu gün RATI-nin konfrans zalında “Xural” qəzetinin təsiscisi və baş redaktoru Əvəz Zeynallının həbsinə həsr olunmuş dəyirmi masa olacaq.
Bu barədə qurumun sədri Emin Hüseynov məlumat verib.
Qeyd edək ki, Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynalovun barəsində həbs qətimkan tədbiri seçilib. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində "Xural" qəzetinin təsisçisi və baş redaktoru Zeynalov Əvəz Tapdıq oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb.
Oktyabrın 28-də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsininin əməkdaşları tərəfindən saxlanılan Ə.Zeynallıya Nəsimi rayon Məhkəməsində məhkəmə qurulub. Məhkəmənin qərarı ilə Ə.Zeylnallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.