"Evimiz başımıza uçur, sıçovullar gəzir" - VİDEO

"Evimiz başımıza uçur, sıçovullar gəzir" - VİDEO
MAQAZİN
14:37 23.05.2020
25097

Müğənni Nurlan Əzizbəyli və həyat yoldaşı Nərmin verilişlərin birinə qatılıb.

AZXEBER.COM məlumatına görə, sənətçi proqramda evinin hər an uçma təhlükəsi olduğunu söyləyib və göz yaşlarına hakim ola bilməyib: "Artıq bıçaq sümüyə dirənib. İntihar belə etmək istəyirəm. Başqaları kimi fərqli yollardan pul qazanan sənətçi deyiləm. Ancaq sənətimlə qazanıb, xalqıma qulluq etmişəm. Toyxana müğənniləri kimi qaz vurub, qazan doldurmuram. Çarəsiz qalmışam. Hər anımız təhlükəlidir. Hər gün yuxudan sağ oyananda dua edirik. Evimiz başımıza uçur. Bizə yardım etsinlər, bu vəziyyətdən çıxaq.

Çox yerə müraciət etdim, nəticə olmadı. Mən də ailəmi gözəl yaşatmaq istəyirəm. İndi maddi durumumuz elə pisdir ki, yeməyə çörəyi güclə tapırıq. Allah şahiddir ki, düzünü deyirəm. İllərdir ev şəraitində çəkilən verilişlər olur, edə bilmirəm. Çoxu inanmır ki, evimdə çəkiliş aparılsın.

35 ildir sənətdəyəm, çox toya da getmirəm. Dövlət tədbirlərində yer alıram. Bura gəlməyə də utanırdım, amma çarəsiz qaldım. Heç vaxt heç kimin qarşısında əyilməmişəm, bu gün sınıram. İndiyə kimi qazandıqlarımı kənar yerə xərcləməmişəm, valideynlərimə baxmışam".

Nərmin isə evdə sıçovulların gəzdiyini bildirib: "Nurlan çox həssas və mədənidir. 3-4 il bundan əvvəl bu vəziyyəti üzə çıxarmamaq üçün ürək xəstəliyi tapdı. Sınan qadın olmamışam, məcbur qalıb verilişə gəldik. Nurlana dayaq olmuşam ki, dözək. Bizim ailəmiz dağıla bilməz. Bu evdə 20 ildir yaşayıram, yaşayardım da. Sıçovullar uşağın üstünə düşməsəydi, pəncərə qırılıb tökülməsəydi bura gəlib kömək istəməzdik".



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı "arzuolunmaz şəxs" elan edildi - Siyahı
19:09 03.11.2026
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı "arzuolunmaz şəxs" elan edildi - Siyahı
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
19:09 03.11.2026
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
İsraildən uçan təyyarə Sofiya hava limanında təcili eniş edib
18:56 03.11.2026
İsraildən uçan təyyarə Sofiya hava limanında təcili eniş edib
Londondan qalxan təyyarə partlayış təhlükəsinə görə Polşada təcili eniş edib
18:42 03.11.2026
Londondan qalxan təyyarə partlayış təhlükəsinə görə Polşada təcili eniş edib
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
18:32 03.11.2026
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Pakistanda hücum zamanı iki polis öldürülüb
18:16 03.11.2026
Pakistanda hücum zamanı iki polis öldürülüb
Tramp İsrailə hərbi yardımı dayandıracaq
17:58 03.11.2026
Tramp İsrailə hərbi yardımı dayandıracaq
İham Əliyev İliyana Yotovanı təbrik etdi
17:42 03.11.2026
İham Əliyev İliyana Yotovanı təbrik etdi
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
17:31 03.11.2026
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
DTX əməliyyat keçirdi - Murad Fərtiyev Azərbaycana gətirildi, həbs edildi
17:15 03.11.2026
DTX əməliyyat keçirdi - Murad Fərtiyev Azərbaycana gətirildi, həbs edildi
İlon Maskdan dünyanı şoka salan proqnoz: “3 ildən sonra…”
16:57 03.11.2026
İlon Maskdan dünyanı şoka salan proqnoz: “3 ildən sonra…”
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
16:47 03.11.2026
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
“Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimat mərasimi keçirilib
16:45 03.11.2026
“Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimat mərasimi keçirilib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
16:43 03.11.2026
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
16:41 03.11.2026
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
İdman zalında gizlənən ölüm təhlükəsi: “Heç bir şikayətləri olmur, amma...”
16:31 03.11.2026
İdman zalında gizlənən ölüm təhlükəsi: “Heç bir şikayətləri olmur, amma...”