Gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb edən şəxs tutulub.Bu barədə məlumat Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin mətbuat xidmətindən verilib.Məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1979-cu il təvəllüdlü, Şirvan şəhəri, H.Əliyev küçəsi ev 1-də pasport qeydiyyatında olan Hüseynova Elnurə Fazil qızı saxlanılıb.Aparılan araşdırmalar zamanı onun gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiyi və Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ev 13 ünvanında yerləşən mənzildə əxlaqsızlıq yuvası təşkil etməsi məlum olub.