Evinin çıxarışı olmayan şəxsləri SEVİNDİRƏCƏK XƏBƏR

Evinin çıxarışı olmayan şəxsləri SEVİNDİRƏCƏK XƏBƏR
SOSİAL
10:28 24.06.2026
734
"Azərbaycanda sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı yeni konsepsiya hazırlanır".

Bunu BAKU.WS-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, hazırda hökumət səviyyəsində konsepsiyanın müzakirəsi davam etdirilir və sənəd üzərində intensiv iş aparılır:

"İlkin mərhələdə 100 mindən çox qeydiyyatsız evin sənədləşdirilməsi nəzərdə tutulur. Konsepsiyada evlərin qruplaşdırılması onların tikildiyi dövr və mövcud sənədlərinin əldə olunma tarixləri nəzərə alınmaqla həyata keçiriləcək. Bu yanaşma qeydiyyat prosesinin daha sistemli şəkildə aparılmasına imkan verəcək.

Konsepsiyanın təsdiqlənməsi minlərlə ailənin əmlak hüquqlarının rəsmiləşdirilməsinə şərait yaradacaq. Sənədləşdirilmiş evlər gələcəkdə alqı-satqı, ipoteka və digər hüquqi əməliyyatlar üçün daha rahat istifadə edilə biləcək. Konsepsiya təsdiq edildikdən sonra sənədsiz evlərlə bağlı problemlərin həllində ciddi irəliləyiş əldə olunacağı gözlənilir".
OXŞAR XƏBƏRLƏR