Evləri qəzalı olan sakinlərə 4 min yeni mənzil tikilib

Evləri qəzalı olan sakinlərə 4 min yeni mənzil tikilib
Bütün Xəbərlər
18:30 15.01.2014
702

2012-ci ilin may ayında Zaqatala rayonunda baş verən zəlzələ zamanı bir sıra sosial infrastruktura ciddi ziyan dəyib, evlər qəzalı vəziyyətə düşmüşdü.

AZXEBER.COM-un məlumatına əsasən, zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində bu gün də rayonda təxirəsalınmaz tədbirlər davam etdirilir.Rayon Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanovun sözlərinə görə, 2012-ci ildə bölgədə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində işlər ardıcıl, dövlətin dəstəyi ilə bu gün də davam etdirilir. Qış ayları olmasına baxmayaraq sakinlərin mənzillərinin tikintisi davam etdirilir. İndiyə kimi mütəxəssislər tərəfindən 4300-ə qədər evin qəzalı olması müəyyən edilib. Eyni zamanda qəzalı olan 4 min ev yenidən tikilərək sakinlərin istifadəsinə verilib.

OXŞAR XƏBƏRLƏR