Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var

Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
DÜNYA
18:54 23.07.2026
193
Çexiya ordusuna məxsus hərbi helikopter ölkənin şərqində qəzaya uğrayıb.

Bu barədə Çexiya Silahlı Qüvvələri "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, Namest nad Oslavou şəhərində yerləşən 22-ci Hərbi Hava Qüvvələri Helikopter Bazasında qəzaya uğrayan UH-1Y Venom tipli helikopterin göyərtəsində beş hərbçi olub.

Hadisə yerinə fövqəladə hallar xidmətləri cəlb edilib və xilasetmə əməliyyatı aparılır.

Çexiyanın CTK agentliyinin məlumatına görə, qəza nəticəsində bir nəfər həlak olub.

Qəzanın başvermə səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR