Bu görüşlər gənclərin bilik və bacarıqlarının artırılması, onların fərdi inkişafı məqsədini daşıyır.
“İRƏLİ” İctimai Birliyinin mətbuat katibi Aynur Həsənzadənin SİA-ya verilən xəbərə görə, bu istiqamətdə “İRƏLİ” İctimai Birliyi “Uğura aparan yol” adlı yeni layihəyə start verib. Layihə çərçivəsində öz fəaliyyət sahələrində böyük uğura imza atmış insanlarla gənclərin görüşləri keçiriləcəkdir. Əsas məqsəd ekspertlərin öz bilik və təcrübələrini gənclərlə paylaşaraq, onların gələcək fəaliyyətinə stimul vermək, UĞURa aparan yolları müəyyən etməkdir.