Görüşdə Azərqaz İstehsalat Birliyinin məsul işçisi Vaqif Namazov, Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Hüseynqulu Mənsimov, Salyan rayon Qaz İstismar İdarəsinin rəisi Şirzad Mahmudov iştirak ediblər. Görüş zamanı seçicilər məmnunluq hissi ilə qeyd etdilər ki, fevral ayında keçirilən görüşlər zamanı qaldırılan problemlərin bəziləri öz həllini tapmış, bəzi problemlərin həlli istiqamətində əməli tədbirlər görülür. Çox təəssüf ki, Qarabağlı, Təzəkənd və Gomuşlu kəndlərinin təbii qazla təminatında mövcud olan problemlər hələ də qalmaqdadır. Seçicilər artıq bir aya yaxındır ki, qazın həmin kəndlərə verilməsinin dayandırılması ilə bağlı sərt mövqe nümayiş etdirdilər. Millət vəkili Fəzail Ağamalının təşəbbüsü ilə Qarabağlı inzibati ərazisinin əhalisi ilə görüşə gələn Azərqaz istehsalat Birliyinin məsul əməkdaşı Vaqif Mahmudov vəziyyətlə tanış olmuş və problemin ciddiləşdiyini Dövlət Neft Şirkətinin rəhbərliyi qarşısında qaldıracağını vəd edib.