“Dost Taxi” şirkəti sosial şəbəkədə müştərilərin bütün suallarlarına ən operativ cavab verdiyi üçün Very Responsive" statusuna layiq görüldü.
AZXEBER.COM xəbər verir ki, xidmət sektorunda müxtəlif yeniliklərə imza atan “Dost Taxi” şirkəti “facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində ünvanlanan bütün suallara, sorğulara və taksi sifarişinə operativ cavab verdiyi üçün şəbəkənin “Very Responsive" statsuna layiq görülüb.
Belə ki, şirkət 37 500-dən çox olan izləyicisinin şəxsi müraciətlərinə, bir həftə ardıcıl olaraq ən geci 5 dəqiqə ərzində cavab verməklə bu statusa layiq görülüb. Onu da əlavə edək ki, taksi sifarişi xidmət sektorunun ən vacib sahələrindən biri olduğu üçün hazırda ölkəmizdə bu statusa layiq görülən yeganə taksi şirkəti “Dost Taxi” şirkəti olub.
Qeyd edək ki, *3311-ə zəng etməklə ölkədə ən tez ünvana taksi sifarişini “Dost Taxi” şirkəti edir. Şirkətin sərfəli qiyməti və konfortlu avtomobilləri müştərilər tərəfindən sosial şəbəkələrdə də yüksək qiymətləndirilir.
