'Facebook'da səhifəsi oğurlanan 13 yaşlı qız özünü öldürdü

Bütün Xəbərlər
16:06 16.01.2012
2021
Avstraliyada yaşayan yeniyetmə qızın Facebook sosial şəbəkəsindəki akkauntuna haker hücumundan sonra ailənin günü qara olub.
Melburn şəhərinin sakini, 14 yaşlı türk Şeniz Erkanın Facebook-dakı akkauntu üzərində nəzarəti ələ keçirən hakerlər qızın adından müxtəlif şəxslərə iyrənc, əxlaqsız məktublar və mesajlar yollayıblar.
Ailəsi əslən Şimali Kiprdən olan Şenizin mobil telefonuna da tərbiyəsiz SMS-lər gəlməyə başlayıb. Bütün bunlara dözməyən Şeniz evin yanındakı dəmiryol xəttinə çıxaraq özünü qatarın altına atıb.
İntihar etmiş qızın atası Şenol Aykut deyir: "Heç nədən şübhələnmədik. Çox şən, hərəkətli, normal yaşamı vardı. Amma indi anlayırıq ki, faciəni görmədik. Analar, atalar - övladlarınıza diqqət edin! Hakerlərin belə işlər gördüyünü qızım intihar edənə qədər bilmirdim. Qızım da nələrə məruz qaldığını bizə demədi".
Şenizin böyük qardaşı Aykut Erkan isə bildirir ki, hakerlər mərhum bacısının Facebook-dakı akkauntunu dağıdandan sonra onun elektron poçtunu da ələ keçiriblər, dost-tanışa Şenizin adından iyrənc məktublar yazıblar.
Mərhum Şenizin oxuduğu "Taylors Lakes" məktəbinin direktoru Coff Pellin dediyinə görə, polis olayla bağlı genişmiqyaslı təhqiqata başlayıb.
Şenizin intiharından sonra Avstraliyanın baş naziri Culiya Gilllard hökumətin dövlət təşkilatlarının internetdə mühafizə olunması üçün tətbiq etdiyi kibermüdafiə sisteminin hakerlərə qarşı istifadə olunmasına göstəriş verib.
125 milyon dollara başa gəlmiş sistemdə çalışan ekspertlər bundan sonra Facebook, Google, MSN və Yahoo başda olmaqla bütün sosial şəbəkələri nəzarətdə saxlayacaq.
OXŞAR XƏBƏRLƏR