“Facebook istifadəçiləri artıq “Tvitter” vasitəsilə öz paylaşımlarını edə biləcəklər.
AZXEBER.com-un CNN-ə istinadən verdiyi xəbərə görə, bununla bağlı məlumatı “Facabeook” səlahiyyətliləri verib. Məlumata görə, "Facebook” istifadəçilərinin əksəriyyətinin “Tvitter” hesabının da olması bu sistemin uğurlu fəaliyyətinə şərait yaradacaq. Sistemin hazırlanıb istifadəyə verilməsi istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, buna bənzər bir sistem bu vaxta qədər də mövzuda idi. Əvvəlki sistem sadece “Tvitter”-də edilən paylaşımları “Facebook”-da görməyə imkan verirdi. Yeni sistem isə “Facebook” məlumatlarının “Tviter”-də görünməsinə xidmət edəcək.