Faizə pul verənlərə pis xəbər - Hüquqşünas açıqladı

Faizə pul verənlərə pis xəbər - Hüquqşünas açıqladı
SOSİAL
16:57 24.04.2026
1182
Azərbaycan Respublikasının Ali Məhkəməsi vətəndaşlara faizlə borc verməklə bağlı hüquqi risklər barədə xəbərdarlıq edib. 

Qurumdan bildirilib ki, bu cür münasibətlər sadə görünsə də, düzgün rəsmiləşdirilmədikdə ciddi problemlərə səbəb ola bilər.

Məlumata görə, yazılı müqavilənin olmaması, əsas şərtlərin dəqiq göstərilməməsi və ödənişlərin sənədsiz aparılması mübahisə zamanı sübutetməni çətinləşdirir. 

Həmçinin qeyd olunub ki, davamlı şəkildə faizlə borc verilməsi sahibkarlıq fəaliyyəti sayılır və dövlət qeydiyyatı olmadan həyata keçirildikdə hüquqi məsuliyyət yarada bilər.

Hüquqşünas Ramil Süleymanov AZXEBER.COM-a açıqlamasında bildirib ki, tərəflər arasında mütləq yazılı sənəd olmalıdır:

"Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən borc münasibətləri tənzimlənir. Məcəllənin 739-cu maddəsinə görə, borc münasibətlərində bir tərəf borc verən (kreditor), digər tərəf isə borc alan (borclu) hesab olunur. Əgər tərəflər arasında bağlanan borc müqaviləsinin predmeti olan məbləğ 3.000 manatdan artıqdırsa, bu halda müqavilə mütləq yazılı formada bağlanmalıdır. Müqavilə notariat qaydasında və ya tərəflər arasında sadə yazılı formada tərtib oluna bilər”.

Ekspert deyib ki, borc verən zaman faiz nəzərdə tutulubsa, vergi ödəmək vacibdir:

"Əgər borc müqaviləsində faiz nəzərdə tutulubsa, borc verən şəxs əldə etdiyi faiz gəlirinə görə vergi ödəməlidir. Əks halda, bu hal vergidən yayınma kimi qiymətləndirilə bilər və vergi orqanları tərəfindən müvafiq tədbirlər görülə bilər.
Lakin borclu şəxs borcu hissə-hissə qaytarırsa, sonradan məhkəmə qaydasında bu ödənişlər əsas borcun qaytarılması kimi qiymətləndirilə bilməz. Məhkəmə araşdırma apararkən tərəflər arasında faizlə bağlı razılaşmanın olub-olmadığını nəzərə alır. Məsələn, əgər şəxs 5.000 manat borc götürüb və hər ay 500 manat ödəyirsə, lakin bu ödənişlər faiz kimi qəbul edilib”.

Hüquqşünas vurğulayıb ki,  yazılı müqavilə olmasa da, məhkəmə faktiki sübutlara əsaslanaraq qərar verə bilər:

"Borc münasibətlərində yazılı müqavilə olmasa da, məhkəmə belə hallarda faktiki sübutlara əsaslanaraq qərar verə bilər. Həmin şəxslər arasında olan yazışmalar əsaslı sübut kimi qəbul oluna bilər. Borc alan tərəfin yazışmada borclu olduğuna dair sübut olmalıdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Unibank ağacəkmə kampaniyasında iştirak edib
16:22 05.11.2026
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Prezident bu məşhur aparıcıları da təltif etdi - FOTO
16:20 05.11.2026
Prezident bu məşhur aparıcıları da təltif etdi - FOTO
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
16:03 05.11.2026
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
15:57 05.11.2026
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
15:54 05.11.2026
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
15:43 05.11.2026
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
15:38 05.11.2026
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
15:36 05.11.2026
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”