Fatih Terim Ardaya görə “Qalatasaray” rəhbərliyi qarşısında şərt qoydu

İDMAN
15:37 23.07.2020
1116
Türkiyənin "Qalatasaray” futbol klubunun baş məşqçisi Fatih Terim komandanın rəhbərliyi qarşısında Arda Turanın kluba geri qaytarmaq tələbini irəli sürüb.

"Hürriyet” nəşri xəbər verir ki, mütəxəssis ötən gün keçirilən iclasda 33 yaşlı yarımmüdafiəçinin transfer məsələsini gündəmə gətirib.

O, İstanbul təmsilçisinin prezidenti Mustafa Cengizdən A.Turan mövzusuna yenidən baxılmasını tələb edib.

Qeyd edək ki, A.Turan 2004-2011-ci illərdə "Qalatasaray”ın formasını geyinib.

OXŞAR XƏBƏRLƏR

X Mostbet