"Favorit Market" rəsmən "Araz"a birləşdi

"Favorit Market" rəsmən "Araz"a birləşdi
İQTİSADİYYAT
14:50 18.02.2020
7673

Bu gün "Baku Retail Group” MMC "Araz Supermarket” MMC-yə qoşularaq ləğv edildiyini açıqlayıb.

 

Marja şirkətin elanına istinadən xəbər verir ki, "Baku Retail Group” MMC-nin bütün hüquq və öhdəlikləri təhvil aktı üzrə "Araz Supermarket” MMC-yə ötürülüb. 


"Araz Supermarket” MMC də "Baku Retail Group” MMC-nin ləğv olunaraq ona qoşulması nəticəsində yenidən təşkil edildiyini, "Baku Retail Group” MMC-nin bütün hüquq və öhdəliklərinin təhvil aktı üzrə "Araz Supermarket” MMC-yə keçdiyini elan edib.

 

Marja-nın əldə etdiyi məlumata görə, "Baku Retail Group" MMC "Favorit Market" şəbəkəsini idarə edirdi. Bir müddət əvvəl "Favorit Market"lərin "Araz Supermarket”lərin nəzarətinə keçdiyi açıqlanmışdı. 

OXŞAR XƏBƏRLƏR