'Fazil Mustafa bekarçılıqdan nə etdiyini bilmir' - SƏRT CAVAB GƏLDİ

Bütün Xəbərlər
00:55 10.12.2012
2616

0Bu gün AZXEBER.COM xəbər portalında yayımlanan "Deputat Rafael və Çoşqundan Hacıbala Abutalıbova şikayət etdi – ‘Onları yığışdırın’" adlı xəbər geniş rezonans doğurub. Xəbərdə qeyd edilir ki, Fazil Mustafa “facebook” səhifəsində Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbova məktub göndərdiyini yazıb. O icra başçısından Rafael və Coşqunun reklamlarının şəhərdən yığışdırılmasını xahiş edib.

Məsələylə bağlı tanınmış blogger, İT mütəxəssisi Cahid İsmayıloğlu AZXEBER.COM-a açıqlama verib. O deyib ki, millət vəkilinin bu məsələlərə qarışması düzgün deyil:  "Azərbaycan Respublikasının Milli Məclisinin Deputatı Fazil Mustafa Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı Prof. Hacıbala Abutalıbova məktub ünvanlayıb. Azərcell Şirkətinin fəaliyyətini təbliğ edən reklam çarxındakı qadın geyimi geymiş kişi cinsinə mənsub aktyorlardan narahatlığını ifadə edib. Fazil bəy Azərbaycan kinosunda bu cür formalarının kino tarixində çoxlu nümunələrinin olduğundan xəbərsizdir. Kinomuzda qadın aktrisalarının olmadığı vaxtlarda qadınlara bu hüququn verilmədiyi vaxtlarda kişilər qadın libasında həmən obrazı canlandırmağa məcbur olurdular. Bu reklam inanmıram müsbət fikirli bir insana mənfi təsir edə. Blogger millət vəkilinə təklif edib ki, daha ciddi işlərlə məşğul olsun: "Deputatımızdan xahiş edirəm ki, daha ciddi problemlərə vaxt ayırsın, ətrafına daha aydın və açıq gözlə baxsın yətərincə problem mövcuddur. Düşünürəm ki, deputat bekarçılıqdan nə etdiyini bilmir" 

OXŞAR XƏBƏRLƏR